...

Azərbaycanda "Dövlət gənclər siyasəti haqqında" qanun təkmilləşdirilir (FOTO)

Cəmiyyət Materials 31 May 2012 15:52 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu barədə məsələ nazirliyin Gənclərlə İş üzrə İctimai Şurasının iclasında müzakirə olunub.
Azərbaycanda "Dövlət gənclər siyasəti haqqında" qanun təkmilləşdirilir (FOTO)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda "Dövlət gənclər siyasəti haqqında" qanun təkmilləşdirilir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu barədə məsələ nazirliyin Gənclərlə İş üzrə İctimai Şurasının iclasında müzakirə olunub.

İclasda "Dövlət gənclər siyasəti haqqında" qanunun təkmilləşdirilməsi ilə yanaşı, "Virtual Qarabağ" İnformasiya Texnologiyaları və Kommunikasiya Mərkəzinin yaradılması və Gəncənin 2015-ci ildə Avropa paytaxtı kimi seçilməsi ilə bağlı məsələlər müzakirə olunub və təkliflər hazırlanıb.

Görüşdə Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev gənclər təşkilatlarının aktiv olmasının, onlar tərəfindən təkliflərin təqdim edilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bununla da gənclər təşkilatları dövlət gənclər siyasətinin həyata keçirilməsinin fəal iştirakçısına çevrilir.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş üzrə şöbə müdiri İndira Hacıyeva iclasda qanunun təkmilləşdirilməsi işinə beynəlxalq ekspertlərin cəlb olunduğunu, gənclər siyasəti ilə bağlı məsələlərin həllində vətəndaş cəmiyyətinin böyük rol oynadığını bildirib.

Xəbər lenti

Xəbər lenti