...

Azərbaycan Gənclər Fondu Nalçikdə görüşlər keçirib

Cəmiyyət Materials 22 İyun 2012 13:09 (UTC +04:00)
İyunun 16-20-də Rusiya Federasiyası İdman, Turizm və Gənclər Siyasəti üzrə Nazirliyin dəstəyi ilə Kabarda-Balkar Respublikasının Nalçik şəhərində "Qafqazda tələbə baharı" adlı festival keçirilib.
Azərbaycan Gənclər Fondu Nalçikdə görüşlər keçirib

Azərbaycan, Bakı, 22 iyun /Trend/

İyunun 16-20-də Rusiya Federasiyası İdman, Turizm və Gənclər Siyasəti üzrə Nazirliyin dəstəyi ilə Kabarda-Balkar Respublikasının Nalçik şəhərində "Qafqazda tələbə baharı" adlı festival keçirilib. Festivalda Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi altında nümayəndə heyətinin tərkibində Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov da iştirak edib.

Fonddan cümə günü Trend-ə verilən məlumata görə, "Qafqazda tələbə baharı" festivalında Azərbaycan, Rusiya, Qırğızıstan, Qazaxıstan, Moldova, Belarus, Ukrayna, Ermənistan, Tacikistan və Özbəkistandan olan tələbələr iştirak ediblər.

Festivalda iştirak edən Azərbaycan Gənclər Fondunun aparat rəhbəri Qürbətov MDB iştirakçı ölkələri Gənclərlə İş üzrə Şuranın toplantısında da iştirak edib. Qürbətov tədbir çərçivəsində bir sıra görüşlər keçirərək, Fondun fəaliyyəti haqqında geniş məlumat verib. Görüşlər zamanı gələcəkdə yaradılacaq birgə əməkdaşlıq barədə müzakirələr aparılıb.

Görüşlər Rusiya idman, turizm və gənclər siyasəti üzrə nazirin müavini Oleq Rojnov, Kabarda-Balkarın hökumət başçısı İvan Qerter, "Rusiya Gənclər Birliyi" Ümumrusiya İctimai Təşkilatının sədri Pavel Krasnorutski, Rusiyanın Gənclər və Uşaq Birlikləri Milli Şurasının icraçı direktoru Olqa Popova, Beynəlxalq Əməkdaşlığın İnkişafına Dəstək Fondunun layihələr rəhbəri Məhəmməd Aliyev, Şərqi Avropa Fondunun proqram koordinatoru Aleksandru Coica ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti