...

Azərbaycanda iki internat məktəbi birləşdirildi

Cəmiyyət Materials 22 İyun 2012 15:35 (UTC +04:00)
Təhsil Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 nömrəli xüsusi internat məktəbi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbi birləşdirilib.
Azərbaycanda iki internat məktəbi birləşdirildi

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 nömrəli xüsusi internat məktəbi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbi birləşdirilib.

Nazirlər Kabinetindən cümə günü Trend-ə verilən məlumata görə, onların bazasında sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbi yaradılacaq.

NK-nın bununla bağlı qərarı Təhsil Nazirliyinin təklifi nəzərə alınmaqla verilib.

Yeni qərarla 1 nömrəli xüsusi internat məktəbi "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"dan çıxarılıb.

Xəbər lenti

Xəbər lenti