...

Milli Məclis bu il 2 mindən çox vətəndaşı qəbul edib

Cəmiyyət Materials 17 İyul 2012 12:35 (UTC +04:00)
Bu ilin birinci yarısında Milli Məclisə vətəndaşlardan 2312 təklif, ərizə və şikayət daxil olub, parlamentdə 2201 vətəndaş qəbul edilib.
Milli Məclis bu il 2 mindən çox vətəndaşı qəbul edib

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir M.Əliyev/

Bu ilin birinci yarısında Milli Məclisə vətəndaşlardan 2312 təklif, ərizə və şikayət daxil olub, parlamentdə 2201 vətəndaş qəbul edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı parlamentin yaz və növbədənkənar sessiyalarının yekununa dair mətbuat konfransında vitse-spiker Bahar Muradova bildirib.

Onun sözlərinə görə, Milli Məclis bu il yaz və növbədənkənar sessiyaları ərzində 13 plenar iclas keçirib, 128 qanun və qərar qəbul edib.

Muradova qeyd edib ki, iclaslardan 11-i yaz sessiyasının dövrünə düşüb.

"Növbədənkənar sessiya dövründə isə parlamentin 2 iclası keçirilib. Sessiyalar ərzində komitələrin 68 iclası olub, 157 qanun və 8 qərar layihəsinə baxılıb. Bütövlükdə komitələrdə 184 məsələ müzakirə edilib", - vitse-spiker deyib.

Muradovanın sözlərinə görə, ötən dövrdə Milli Məclisin təşkilatçılığı ilə Bakıda Avronest Parlament Assambleyasının sessiyası keçirilib. MM-də dünyanın 70 ölkəsi ilə parlamentlərarası dostluq qrupları yaradılıb.

Xəbər lenti

Xəbər lenti