...

Məzahir Əfəndiyev: Avropa və Rusiyaya narkotik daşınmasında Cənubi Qafqazın hər üç subyektindən istifadə olunur

Cəmiyyət Materials 18 İyul 2012 11:57 (UTC +04:00)
Dağlıq Qarabağda narkotik laboratoriyalarının fəaliyyət göstərməsinin BMT-nin növbəti hesabatlarında yer alması gözlənilir.
Məzahir Əfəndiyev: Avropa və Rusiyaya narkotik daşınmasında Cənubi Qafqazın hər üç subyektindən istifadə olunur

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağda narkotik laboratoriyalarının fəaliyyət göstərməsinin BMT-nin növbəti hesabatlarında yer alması gözlənilir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev bildirib.

"BMT tərəfindən mütəşəkkil formada mübarizə tədbirlərinin keçirilməsinin zəruriliyi ortaya qoyulmalıdır", - Əfəndiyev vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan xalqını qorumaq, digər tərəfdən isə Avropanın müttəfiqi olaraq bu qitəyə və Rusiyaya narkotik daşınmasının qarşısını almaq üçün mümkün tədbirlər həyata keçirilməlidir.

Ofis rəhbəri deyib ki, Cənubi Qafqazın nəzarətdənkənar ərazilərindən narkomafiya məharətlə istifadə edir, narkotik maddələrin daşınmasını həyata keçirir.

Narkomarşrutların daim dəyişdiyini bildirən Əfəndiyev qeyd edib ki, Avropa və Rusiya istiqamətinə narkotikin daşınmasında Cənubi Qafqazın hər üç subyektindən istifadə olunur.

"BMT-nin rəsmi açıqlamasına görə, son illər İrandan Rusiyaya 2 tondan artıq narkotik vasitə daşınıb. Azərbaycan və Rusiya hüquq mühafizə orqanlarının birgə apardığı əməliyyatlar zamanı ötən il 6 uğurlu tədbir həyata keçirilib və yarım tondan artıq narkotik vasitələr qeyri-qanuni dövriyyədən çıxarılıb", - o deyib.

Xəbər lenti

Xəbər lenti