...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ramazan ayında xüsusi tədbirlər planı hazırlayıb

Cəmiyyət Materials 20 İyul 2012 17:45 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ramazan ayında xüsusi tədbirlər planı hazırlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Komitədən bildirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ramazan ayında xüsusi tədbirlər planı hazırlayıb

Azərbaycan, Bakı, 20 iyul /Trend müxbir M.Əliyev/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ramazan ayında xüsusi tədbirlər planı hazırlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Komitədən bildirilib.

Əsasən milli-mənəvi dəyərlər sahəsində maarifləndirmə və vətənpərvərlik sahəsində işi nəzərdə tutan tədbirlər planı çərçivəsində dini icmaların üzvləri və dindarlarla birgə Şəhidlər xiyabanının ziyarət edilməsi, "Cəmiyyət və Din" qəzetinin xüsusi buraxılışının çapı, İctimai Televiziyada yayımlanan "Din və Cəmiyyət" proqramının iki sayının Ramazan ayına həsr edilməsi nəzərdə tutulub.

Eyni zamanda, Ramazan ayı boyunca dini icmaların rəhbərləri və dindarlarla birgə şəhid ailələrinin ziyarət olunması, mərkəzi məscidlərdə müxtəlif mövzularda tədbirlərin təşkil edilməsi planlaşdırılır. Bununla yanaşı, dini icmaların fəalları, ilahiyyatçılar, şəhid ailələri, Qarabağ qaziləri və ahılların iştirakı ilə təşkil olunacaq iftar süfrələrində iştirak edilməsi, müxtəlif səviyyəli görüşlər keçirilməsi də tədbirlər planına daxil edilib.

Ay ərzində Komitə rəhbərliyi tərəfindən Bakıda və bölgələrdə yerli ictimaiyyət nümayəndələri və dini icmalarla görüşlər keçirmək, mövcud problemlərlə tanış olmaq və maarifləndirmə işinə yönəlik tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti