Azərbaycan, Bakı, 16 avqust /Trend/
Bakının mərkəzi prospektində avtmobillərin hərəkəti tamamilə dayandırılacaq.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin Trend-ə verdiyi məlumata görə, gecə saat 00:00-dan etibarən Neftçilər prospektinə üç tərəfdən giriş bağlanaraq hərəkət tam dayandırılacaq.
Belə ki, "Azneft" dairəsindən, Əziz Əliyev küçəsindən və Muzey Mərkəzinin yanından hərəkət kəsilməklə sentyabrın 1-dək dayandırılacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Qeyd edək ki, Neftçilər prospekti təmir işləri ilə əlaqədar bağlanıb.