...

Bakıda təmirə bağlanmış bir neçə yol istifadəyə verilib

Cəmiyyət Materials 3 Sentyabr 2012 15:02 (UTC +04:00)
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, Əziz Əliyev küçəsində və Neftçilər prospektində təmir işləri tamamlandığı üçün yollarda avtomobillərin hərəkəti bərpa olunub.
Bakıda təmirə bağlanmış bir neçə yol istifadəyə verilib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda təmirə bağlanmış bəzi yollarda işlər tamamlanıb.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, Əziz Əliyev küçəsində və Neftçilər prospektində təmir işləri tamamlandığı üçün yollarda avtomobillərin hərəkəti bərpa olunub. Eyni zamanda, Neftçilər prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişmədən "Dalğa Plaza"ya qədər olan hissəsində təmir işləri tamamlandığı üçün yol paytaxt sürücülərinin istifadəsinə verilib.

Bundan başqa, Yasamal rayonu, Qələbə dairəsindən Əsəd Əhmədov küçəsi istiqamətində və Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva və Neftçilər prospekti ilə kəsişməsi istiqamətində yollar təmirdən sonra istifadəyə verilib.

Həmçinin, Niyazi küçəsi sürücülərin ixtiyarına verilib.

Xatırladaq ki, bir müddət öncə paytaxt Bakının mərkəzi küçə və prospektlərinin yolları təmir və yeni asfalt örtüyünün salınması ilə əlaqədar olaraq bağlanıb. Bununla bağlı İdarəetmə Mərkəzi sürücülərə müvəqqəti olaraq hələ bağlı olan yollara alternativ yollardan istifadə etməsini tövsiyə edir.

Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 2009-cu ilin aprelindən Bakıda tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.

Xəbər lenti

Xəbər lenti