Azərbaycan, Bakı, 22 sentyabr /Trend/
Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yeni çəkilmiş 800 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.
"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar sentyabrın 22-də paytaxtın Qaradağ rayonunun Ələt, Qobustan, Səngəçal, Sahil və Lökbatan qəsəbələrinə, Səbail rayonunun Badamdar qəsəbəsinə və "20-ci sahə" yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.