...

Türkiyə universitetlərində təhsil haqqının ləğvinin azərbaycanlı tələbələrə şamil ediləcək?

Cəmiyyət Materials 26 Sentyabr 2012 11:26 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Türkiyə universitetlərində təhsil haqqının ləğvinin azərbaycanlı tələbələrə şamil edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib.
Türkiyə universitetlərində təhsil haqqının ləğvinin azərbaycanlı tələbələrə şamil ediləcək?

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi Türkiyə universitetlərində təhsil haqqının ləğvinin azərbaycanlı tələbələrə şamil edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Təhsil Nazirliyinin (TN) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva çərşənbə günü Trend-ə deyib ki, universitetlərdə oxuyanların təhsil haqqından azad olunması Türkiyədə oxuyan əcnəbi, o cümlədən azərbaycanlı tələbələrə şamil edilməyəcək.

Nazirlik rəsmisinin sözlərinə görə, Türkiyənin dövlət universitetlərində dövlət xətti ilə təhsil alan şəxslər təhsil haqqının 9-10 faizini ödəyirlər. Türkiyə hökumətinin verdiyi qərar da yalnız öz vətəndaşlarının həmin təhsil haqqından azad edilməsini nəzərdə tutur.

Qeyd edək ki, Türkiyə azərbaycanlı gənclərin ən çox ali təhsil aldığı ölkələrdəndir. Türkiyə hökumətinin ötən ay verdiyi qərara görə, bu ölkədə 1 524 380 tələbə təhsil haqqından azad olunub. Bu qayda ikinci dəfə ali təhsil alanlara şamil olunmayacaq.

Xəbər lenti

Xəbər lenti