...

Koreya turizm şirkətlərinin Azərbaycana dəvət edilməsi təkilf olunub

Cəmiyyət Materials 9 Oktyabr 2012 19:24 (UTC +04:00)
Koreya turizm şirkətlərinin Azərbaycana dəvət olunması, həmçinin press-turların təşkil edilməsi təklif olunub.
Koreya turizm şirkətlərinin Azərbaycana dəvət edilməsi təkilf olunub

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Koreya turizm şirkətlərinin Azərbaycana dəvət olunması, həmçinin press-turların təşkil edilməsi təklif olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu təklif mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Koreya Respublikasının ölkəmizdə yeni akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İn ilə görüşündə səslənib.

Görüş zamanı Koreya ilə Azərbaycan arasında əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub, ikitərəfli münasibətlərin bütün sahələrdə, həmçinin mədəniyyət və turizm sahəsində inkişaf etməkdə olduğu bildirilib.

Ölkələrimiz arasında mövcud olan dostluq ənənələrindən söhbət açan nazir, ikitərəfli mədəni təmasların daha da artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini vurğulayıb.

Daha sonra nazir Koreya səfirini 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət edib.

Görüşün sonunda səfir Çoi Suk İn iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əminliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti