Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə yeni rəis təyin olunub.
Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə idarənin rəis müavini Vüqar ismayılov idarəyə rəis təyin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti Trend-ə məlumatı təsdiqləyib.
Qeyd edək ki, idarənin əvvəlki rəisi Bəhruz Səfərəliyev xidmətdə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.