Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyədəki suriyalı qaçqınların sayı 100 minə çatıb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Föqvəladə Halların Fəsadlarının Qarşısının Alınması və Aradan Qaldırılması İdarəsinin məlumatında deyilir.
Suriyalı qaçqınlar üçün Türkiyənin Şanlıurfa, Qaziantep və Qəhrəmanmaraş şəhərlərində ümumilikdə 10 çadır şəhərciyi fəaliyyət göstərir.