...

Gəncədə əlil qadınlar üçün treninqlər keçirilib

Cəmiyyət Materials 18 Oktyabr 2012 09:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Oktyabrın 17-də Gəncə şəhərində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və Gəncə Şəhər Məşğulluq İdarəsinin birgə təşkilatçılığı ilə əlil qadınlar üçün "Öz biznes ideyanı yarat və öz biznesinə başla" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzuları üzrə treninqlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin, Gəncə Şəhər Məşğulluq İdarəsinin, Azərbaycan Əlil Qadınlar Cəmiyyəti Gəncə Şəhər şöbəsinin əməkdaşları və 20-dən çox əlil qadın iştirak ediblər.

Treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti