...

Azərbaycanda gecə saatlarında səs-küy salan vətəndaşlara qarşı cərimələrin məbləği artırılır

Cəmiyyət Materials 2 Noyabr 2012 14:57 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib.
Azərbaycanda gecə saatlarında səs-küy salan vətəndaşlara qarşı cərimələrin məbləği artırılır

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda gecə saat 24:00-dan 07:00-dək səs-küy salanlara qarşı cərimələrin məbləği artırılır.

Trend-in məlumatına görə, bu gün Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib və qəbul edilib.

Dəyişikliklərdə qeyd olunur ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə, yəni, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gür səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə 30 manatdan 50 manatadək məbləğdə cərimə müəyyən olunsun.

Hazırkı qanunvericilikdə bu inzibati xətaya görə 10 manatdan 15 manatadək cərimə nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti