Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir K.Zərbalıyev/
Azərbaycanda müəyyən edilməmiş yerlərdə malların satılmasına görə cərimələr artırılır.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinə edilən son əlavə və dəyişikliklərdə müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) göstərilməsinə görə cərimənin məbləği 80 manat müəyyən olunub.
Xatırladaq ki, hazırda qüvvədə olan qanunvericiliyə görə bu inzibati xətaya görə 10 manatdan 30 manatadək miqdarda cərimə tətbiq edilir.
Qanun dərc edildikdən sonra qüvvəyə minəcək.