...

Azərbaycanda orta məktəblərin vakant müəllim yerlərinə işə qəbul tədris ili ərzində aparılmayacaq

Cəmiyyət Materials 19 Noyabr 2012 10:16 (UTC +04:00)
Azərbaycanda orta məktəblərdə yaranan vakant müəllim yerlərinə işə qəbulun tədris ili ərzində aparılmasına icazə verilməyəcək.
Azərbaycanda orta məktəblərin vakant müəllim yerlərinə işə qəbul tədris ili ərzində aparılmayacaq

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda orta məktəblərdə yaranan vakant müəllim yerlərinə işə qəbulun tədris ili ərzində aparılmasına icazə verilməyəcək.

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov Trend-ə bildirib ki, artıq yalnız müəllimlərin işə qəbulu üçün keçirilmiş müsabiqələrdə iştirak edərək yüsək bal toplayan, ancaq vakansiyalar olmadığı üçün işə qəbul oluna bilməyən namizədlər həmin vakant yerlərdə işləyəcəklər.

Qədirovun fikrincə, bu, məktəb direktorları və rayon təhsil şöbələri tərəfindən orta məktəblərdəki vakant müəllim yerlərinin gzilədilməsinə olan marağı aradan qaldıracaq.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda Bakının orta məktəblərində, demək olar ki, müəllimə ehtiyac yoxdur. 2012-2013-cü tədris ili üzrə Bakının orta məktəblərində yaranmış 293 vakant yerlərin hamısına müəllim göndərilib.

Qədirov deyib ki, əvvəllər Bakının orta məktəblərində çoxlu sayda ibtidai sinif müəlllimi var idi. Onlar yığma saatlar hesabına dərs deyirdilər. Ancaq artıq Bakı məktəblərində bu problem yoxdur.

Şöbə müdiri bildirib ki, Bakıda ingilis dili, Azərbaycan dili və ədəbiyyatı müəllimləri arasında müəyyən qədər sıxlıq var. Amma yeni müəllimlərin işə qəbuluna icazə verilmədiyi, eyni zamanda 65 yaşına çatmış müəllimlər də vəzifələrindən azad edildiyi üçün getdikcə Bakıda müəllimlərin sayı azalır.

Qeyd edək ki, hazırda orta məktəblərdə vakant müəllim yerlərinə işə qəbul üçün iyul-avqust aylarında imtahan keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti