...

Təhsil Nazirliyi: Pedaqoji ixtisaslar üzrə təhsilin səviyyəsi hələ aşağıdır

Cəmiyyət Materials 20 Noyabr 2012 16:10 (UTC +04:00)
Azərbaycanda ali məktəblərdə pedaqoji ixtisaslar üzrə verilən təhsilin səviyyəsi hələ aşağıdır.
Təhsil Nazirliyi: Pedaqoji ixtisaslar üzrə təhsilin səviyyəsi hələ aşağıdır

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali məktəblərdə pedaqoji ixtisaslar üzrə verilən təhsilin səviyyəsi hələ aşağıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, ali məktəbləri pedaqoji ixtisaslar üzrə bir il ərzində 10 minə qədər gənc bitirir. Ancaq pedaqoji ixtisaslar üzrə təhsil alanlar üçün təyinat ləğv edilənədək onlardan yalnız təxminən 1000 nəfərə təyinat verilirdi.

Bunu orta məktəblərdə vakant müəllim yerlərinin azlığı ilə əlaqələndirən Qədirov deyib ki, hazırda təyinatı daha yaxşı sistem əvəzləyir.

"Təyinat verdiyin adamın həmin yerdə işləməyi bacarıb-bacarmayacağını bilmirdin. Kor-koranə kəndlərə təyinat verilirdi. Ancaq biz indi bu təyinatı daha yaxşı mexanizmlə əvəzləmişik. Hər il 800 nəfər ucqar kənd məktəblərində həvəsləndirmə tədbirləri tətbiq olunan müəllim yerlərinə işə qəbul olunur. Həmin gənclər bu yerlərdə işləməyə razı olduqları üçün imtahan verirlər. Bu, təyinatdan daha yaxşıdır", - Qədirov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti