...

Rusiyada YouTube-un bütün serveri deyil, bəzi səhifələri qadağan edilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 21 Noyabr 2012 17:35 (UTC +04:00)
Qadağan edilən internet resursları reyestrinə "YouTube" saytı deyil, onun arzuedilməz məlumatların yerləşdirilə biləcəyi bəzi səhifələri daxil edilib.
Rusiyada YouTube-un bütün serveri deyil, bəzi səhifələri qadağan edilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Qadağan edilən internet resursları reyestrinə "YouTube" saytı deyil, onun arzuedilməz məlumatların yerləşdirilə biləcəyi bəzi səhifələri daxil edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "İnterfaks"a Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmətin (Roskomnadzor) mətbuat katibi Vladimir Pikov deyib.

"Reyestrə "YouTube"un böyük serveri deyil, onun qadağan edilmiş materialların əks olunduğu bəzi səhifələri daxil edilib. Resursun administrasiyasının ünvanına arzuedilməz məlumatı aradan qaldırmaq xahişi ilə müvafiq xəbərdarlıq göndərilib", - o qeyd edib.

Bundan əvvəl məlumat yayılmışdı ki, "YouTube" videohostinqi Rusiyada qadağan olunmuş videoresursların siyahısına daxil edilib. Domen adlarının vahid reyestrinin saytında yerləşdirilmiş xəbərdə deyilirdi ki, çərşənbə günü İnsanların rifahı və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində nəzarət üzrə Federal Xidmətin (Rospotrebnadzor) tələbi ilə əlaqədar videohostinq Rusiyada yayılması qadağan olan sənədə daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti