...

Bakıda MDB-nin sosial müdafiə üzrə Məşvərət Şurasının XXV iclası keçirilir (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2012 15:27 (UTC +04:00)
Bakıda MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXV iclası öz işinə başlayıb.
Bakıda MDB-nin sosial müdafiə üzrə Məşvərət Şurasının XXV iclası keçirilir (FOTO)

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Bakıda MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXV iclası öz işinə başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov, Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi naziri Serik Abdenov, Rusiya Federasiyasının əmək və sosial müdafiə nazirinin müavini Tatyana Blinova, Həmkarlar İttifaqları Ümumi Konfederasiyası baş katibinin müavini Nataliya Podşibyakina və digər dövlətlərdən nümayəndələr, beynəlxalq ekspertlər iştirak ediblər.

İclası giriş sözü ilə açan Ələkbərov hazırda 20 illiyi qeyd olunan Məşvərət Şurası çərçivəsində ötən müddətdə MDB məkanında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək, MDB-nin sosial-iqtisadi inkişaf strategiyasının icrasında Şuranın mühüm rol oynadığını vurğulayıb.

İki gün davam edəcək iclasda XXIV Məşvərət Şurasında qəbul edilmiş qərarların icra vəziyyətinin, həmçinin MDB-nin iştirakçısı olan dövlətlərin sosial və əmək sahəsində gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunması, habelə əmək normaları, iş şəraiti, iş rejimi, iş saatları, peşə standartları və peşələrin qarşılıqlı tanınması, həmçinin əmək, miqrasiya, sosial müdafiə sahəsində milli internet resurslarının yaradılması məsələləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

İclasın gündəliyində "Əlil İdmançılara Belarus Dəstək Milli Fondu"nun əlil arabalarına məhkum olan şəxslərin rəqs və təbiətlə təmas sayəsində sosial reabilitasiyasını nəzərdə tutan tədbirlərinə MDB dövlətlərinin qoşulması məsələsinin, MDB-yə üzv olan iştirakçı dövlətlərinin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə saytının yaradılması ilə bağlı hazırlıq işlərinin müzakirəsi də daxildir.

Yekunda Məşvərət Şurasının XXVI iclasının keçiriləcəyi yer, tarix və iclasın gündəliyinin müəyyənləşdirilməsi də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti