...

Qazaxıstan latın qrafikasına keçir

Cəmiyyət Materials 14 Dekabr 2012 16:24 (UTC +04:00)
Qazaxıstan 2025-ci ilədək kiril əlifbasından latın qrafikasına keçmək niyyətindədir.
Qazaxıstan latın qrafikasına keçir

Qazaxıstan, Astana, 14 dekabr /Trend, müxbir D.Muxtarov/

Qazaxıstan 2025-ci ilədək kiril əlifbasından latın qrafikasına keçmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə cümə günü ölkə Prezidenti Nursultan Nazarbayev Qazaxıstanın müstəqilliyinin 21-ci ildönümünə həsr edilmiş təntənəli yığıncaqda çıxışı zamanı bildirib.

"Artıq indidən 2025-ci ildə latın qrafikasına keçid üzrə hazırlıq işlərinə başlamaq lazımdır", - Nazarbayev deyib.

Onun fikrincə, bu, dilin inkişafına imkan yaradacaq, həmçinin Qazax dilini müasir informasiya dilinə çevirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti