Azərbaycanda məhkəməyə verilən ərizələrin dövlət rüsumunun artırılması təklif olunur

Cəmiyyət Materials 18 Dekabr 2012 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbirlər K.Zərbalıyeva, M.Əliyev/

Azərbaycanda məhkəməyə verilən ərizələrin dövlət rüsumu artırılır.

Trend-in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Dövlət rüsumu haqqında qanun"da dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə görə, nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrinə görə dövlət rüsumu 5 manatdan 20 manata, nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə 20 manatdan 40 manata artırılacaq. Məhkəməyə verilən iddia ərizələrinin iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda 30 manat ödənilməsi təklif olunur (hazırda bu rəqəmlər 110 manatdan çox olduqda 20, az olduqda 3 manatdır).

Məhkəmə əmri haqqında ərizələrin də qiyməti iki dəfə artırılaraq 20 manat müəyyən olunacaq. Vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrinə görə rüsum isə 5 manatdan 10 manata artırılacaq.

Ümumilikdə qanuna dəyişiklik məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələrinə aiddir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti