Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir A.Tağıyeva /
Türkiyənin "Medicana İnternational" klinikasında ürək tutmasından vəfat etmiş Sevinc Babayevanın cəsədi yarılması üçün Məhkəmə Tibb Ekspertizası İnstitutuna çatdırılıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Cihan agentliyi xəbər yayıb.
Babayevanın meyitinin xəstəxanadan institua aparılması İstanbul polisi və prokurorluğunun nəzarəti altında həyata keçirilib.
Bir müddət əvvəl Babayevanın Türkiyənin "Medicana İnternational" klinikasında ürək tutmasından vəfat etdiyi bildirilmişdi.