Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir M.Əliyev/
Baş Prokurorluq sabiq millət vəkili Gülər Əhmədova barəsində seçilmiş qətimkan tədbirinə aydınlıq gətirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə açıqlamasında bildirib ki, qeyd edilən cinayət işi üzrə Gülər Əhmədova təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.