Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/
Korrupsiya faktına görə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbə rəisinin sürücüsü işləyən Vaqif Abdullayev barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir. Bu barədə Trend-ə Xəzər Rayon Məhkəməsindən məlumat verilib.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsində bu gecə əməliyyat aparılıb.
Əməliyyat zamanı Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsi rəisinin sürücüsü Vaqif Abdullayev saxlanılıb.