...

Ombudsmanın nümayəndələri daha bir cəzaçəkmə müəssisəsinə baş çəkiblər

Cəmiyyət Materials 9 Fevral 2013 13:06 (UTC +04:00)
Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinə uzunmüddətli başçəkmə həyata keçirilib.
Ombudsmanın nümayəndələri daha bir cəzaçəkmə müəssisəsinə baş çəkiblər

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İ.İzzət/

Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinə uzunmüddətli başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində uzunmüddətli başçəkmə həyata keçiriblər.

Başçəkmənin məqsədi müəssisədə saxlanılma şəraiti, rəftar məsələləri və məhkumlara göstərilən tibbi xidmətin vəziyyətinin qiymətləndirilməsindən ibarət olub.

BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ protokolun tələblərinə uyğun olaraq, müəssisənin bütün obyektlərinə - yataqxanalara, cərimə təcridxanasına, karantin zonasına, qısamüddətli və uzunmüddətli görüş yerlərinə, yeməkxanaya, mətbəxə, tibb-sanitar hissəyə və digər yerlərə baxış keçirilib, eyni zamanda, müəssisədə cəza çəkən 40-dək məhkumla (onlardan 8-i əcnəbi olmaqla) kollektiv və fərdi söhbət aparılaraq saxlanılma şəraiti və məhkumlarla rəftarla bağlı mövcud vəziyyət qiymətləndirilib.

Qəbul edilmiş məhkumlar rəftarla bağlı şikayət etməyiblər.

16 saylı CÇM-də xüsusən cərimə təcridxanasında şəraitin və tibbi yardımın daha da təkmilləşdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti