...

Azərbaycanda hər 12 nəfərdən 1-i talassemiya xəstəliyinin daşıyıcısıdır

Cəmiyyət Materials 14 Fevral 2013 13:44 (UTC +04:00)
Azərbaycanda hər 12 nəfərdən 1-i talassemiya xəstəliyinin daşıyıcısıdır. Trend-in məlumatına görə, bunu çümə axşamı jurnalistlərə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov deyib.
Azərbaycanda hər 12 nəfərdən 1-i talassemiya xəstəliyinin daşıyıcısıdır

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda hər 12 nəfərdən 1-i talassemiya xəstəliyinin daşıyıcısıdır. Trend-in məlumatına görə, bunu çümə axşamı jurnalistlərə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 2270 nəfər talassemiya xəstəsi var.

Nazirlik rəsmisi qeyd edib ki, iki daşıyıcı evləndikdə onların nikahı nəticəsində dünyaya gələn uşaqların 25 faizinin xəstə, 25 faizinin sağlam, 50 faizinin talassemiya daşıyıcısı kimi doğulma etimalı var. Ancaq talassemiya daşıyıcısı olan insanlar da praktiki olaraq sağlam insanlar hesab edilirlər. Ancaq iki talassemiya daşıyıcısı evlənərsə, onların izdivacından talassemiyalı uşaq doğula bilər.

Nazirliyin baş məsləhətcisinin sözlərinə görə, belə uşaqların doğulmasının qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir. Belə şəxslər nikaha girməmişdən əvvəl həkimlər tərəfindən onlara genetik məsləhətər verilməlidir.

Hümbətov onu da bildirib ki, Azərbaycandakı 2270 nəfər talassemiya xəstəsinin təxminən 40-50 faizinin mütəmadi olaraq qan komponentlərinə ehtiyacı var. Həmin xəstələrin qan komponentləri ilə təmin olunmasında heç bir problem yoxdur. Onlar bu komponentlərlə dövlət tərəfindən təmin edilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti