...

Azərbaycan və CAR arasında təhsil sahəsində əməkdaşlığın imkanları müzakirə edilib

Cəmiyyət Materials 18 Fevral 2013 21:45 (UTC +04:00)
Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxovun bu ölkənin Keyp Taun şəhərinə 13 fevral tarixindən başlanmış işgüzar səfəri bu gün başa çatıb.
Azərbaycan və CAR arasında təhsil sahəsində əməkdaşlığın imkanları müzakirə edilib

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxovun bu ölkənin Keyp Taun şəhərinə 13 fevral tarixindən başlanmış işgüzar səfəri bu gün başa çatıb.

Səfər çərçivəsində səfir E.Poluxov fevralın 18-də Stellenboş Universitetinin vitse rektoru, professor Yucin Kloete ilə görüşü keçirib.

Görüş zamanı səfir həmsöhbətinə Azərbaycanın təhsil sistemi barədə ümumi məlumat verib və iki ölkənin universitetləri arasında əlaqələrinin inkişafı üçün böyük potensialın olduğunu bildirib.

Səfir E.Poluxov əlaqələrin inkişaf etdirilməsində universitetlər arasında tələbə və müəllim mübadilələrinin aparılmasının, həmçinin, tədqiqat mərkəzlərinin yaradılmasının xüsusi rolu olduğunu vurğulayıb.

Professor Yucin Kloete cavab olaraq, bu fikirlərlə razılaşdığını bildirib və əlaqələrin inkişaf etdirilməsində lazımi dəstəyi göstərməkdən məmnun olacağını söyləyib.

Qeyd edək ki, Stellenboş Universitetində 5000-i xarici tələbə olmaqla, ümumilikdə 28000 tələbə təhsil alır.

Səfir E.Poluxov, həmçinin, CAR-ın Keyp Taun Universitetində rektor müavini, professor Tandabantu Nlapo və CAR Parlamentinin Orta Təhsil Komissiyasının sədri xanım Nomalungelo Cina ilə oxşar mövzuda görüş keçirib.

Məlumat üçün bildirək ki, Keyp Taun Universitetində 25000 tələbə təhsil alır və onlardan 4500 nəfəri xarici tələbələrdir. Ümumiyyətlə, bu universitetdə dünyanın 100 dən çox ölkəsindən tələbələr təhsil alırlar.

Xəbər lenti

Xəbər lenti