...

Ekologiya nazirinin müavini Fransa hökumətinin "Şöhrət" ordeni ilə təltif edilib

Cəmiyyət Materials 19 Fevral 2013 16:40 (UTC +04:00)
Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Fransa hökumətinin 2012-ci ildə kənd təsərrüfatı və balıqçılıq sahəsində "Zabit" dərəcəsində "Şöhrət" ordeni ilə təltif edilib.
Ekologiya nazirinin müavini Fransa hökumətinin "Şöhrət" ordeni ilə təltif edilib

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Fransa hökumətinin 2012-ci ildə kənd təsərrüfatı və balıqçılıq sahəsində "Zabit" dərəcəsində "Şöhrət" ordeni ilə təltif edilib.

Trend-in məlumatına görə, Rauf Hacıyevin son illər ərzində aparılan fəaliyyəti nəticəsində Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nəzdində "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional Komissiya"ya qoşulub və Hacıyev həmin Komissiyanın Azərbaycan Respublikası üzrə milli əlaqələndiricisi qismində təyin edilib. Onun məhsuldar fəaliyyətinin uğurlu nəticəsi kimi "Balıqçılıq haqqında" qanunun təkmilləşdirilmiş yeni variantı 2013-cü ilin əvvəlində baxılması üçün Milli Məclisin müzakirəsinə çıxarılıb.

Rauf Hacıyevin Fransa hökumətinin bu ordeni ilə təltif edilməsi son illərdə bu istiqamətdə respublikamızda görülən işlərin yüksək qiymətləndirilməsi deməkdir. Bu yüksək təltifetmə Azərbaycanda balıqçılıq sahəsində əsas fəaliyyət istiqamətlərinin beynalxalq standartlara uyğunluğunu əks etdirir və yaxın gələcəkdə ölkəmizdə bu sektorun daha geniş inkişafına təkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti