...

Maliyyə Nazirliyində Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Cəmiyyət Materials 26 Fevral 2013 17:44 (UTC +04:00)
Maliyyə Nazirliyində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib.
Maliyyə Nazirliyində Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Maliyyə Nazirliyində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlcə Xocalı faciəsinin günahsız qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edənlər 21 il əvvəl erməni silahlı dəstələri və onların havadarları tərəfindən dinc əhaliyə qarşı törədilmiş Xocalı soyqırımından, eləcə də ermənilərin xalqımıza qarşı törətdiyi digər dəhşətli qətliamlardan bəhs ediblər, bu faciənin erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı olduğunu bildiriblər.

Qeyd olunub ki, hazırda XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir.

Çıxış edənlər Xocalı soyqırımını həyata keçirənlərin gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaqlarını və şəhidlərimizin qanının yerdə qalmayacağına əminliklərini ifadə edbilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti