...

Azərbaycanın Baş Prokurorluğu Səlcuk Ağlayanın həbs olunması məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 1 Mart 2013 12:00 (UTC +04:00)
Türkiyə vətəndaşı Səlcuk Ağlayanın həbs olunması barədə suala gəldikdə isə Sultanov bu barədə Azərbaycan Prokurorluğuna hər hansı bir məlumat daxil olmadığını bildirib.
Azərbaycanın Baş Prokurorluğu Səlcuk Ağlayanın həbs olunması məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İzzət/

Bakı şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə istintaq qrupunun üzvü Türkiyə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən Sevinc Babayevanın Türkiyə Respublikasında vəfat etməsi ilə əlaqədar həyata keçirilən bəzi istintaq hərəkətlərinin aparılmasında iştirak etmək məqsədi ilə qısa müddətə həmin ölkəyə ezam olunub. Trend-in məlumatına görə, bu barədə sorğunu cavablandırarkən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Türkiyə vətəndaşı Səlcuk Ağlayanın həbs olunması barədə suala gəldikdə isə Sultanov bu barədə Azərbaycan Prokurorluğuna hər hansı bir məlumat daxil olmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti