...

Azərbaycan deputatları totalizatordan narazılıqlarını bildiriblər

Cəmiyyət Materials 5 Mart 2013 12:39 (UTC +04:00)
Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında millət vəkilləri “Top.az” ilə bağlı narazılıqlarını bildiriblər.
Azərbaycan deputatları totalizatordan narazılıqlarını bildiriblər

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir M.Əliyev /

Milli Məclisin çərşənbə axşamı keçirilən iclasda millət vəkilləri "Top.az" ilə bağlı narazılıqlarını bildiriblər.

Trend-in məlumatına görə, iclasda bu məsələyə ilk olaraq deputat Məlahət İbrahimqızı münasibət bildirib.

"Guya burada gənclərin asudə vaxtını təşkil edirlər. Amma əslində burada əksinə işlər görülür. Mənə valideynlər adından şikayətlər daxil olur. Hətta universitetlərdən də bildirirlər ki, oradan gəncləri yığışdırmaq olmur. Xərçəng kimi yayılan bu bəla ilə bağlı tədbirlər görülməlidir. Bəzən insanlar evlərini satırlar bu qumara görə", - İbrahimmqızı deyib.

Millət vəkili Fazil Mustafa da "top.az" ilə bağlı ona da şikayətlərin daxil olduğunu bildirib:

"Bu məsələ ilə bağlı maariflənməyə ehtiyac var. Çünki onsuz da gizli təbliğat aparılır. Bir növ qumar olan bu oyun nəticəsində ailələr dağlır, müflisləşir",- o bildirib.

Sədr Oqtay Əsədov isə bildirib ki, "Top.az" təşkil olunması idmanın inkişafına yönəldilmiş addımdır və şikayətlərlə bağlı araşdırmalar aparılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti