...

TQDK buraxılış imtahanında 4 nəfərin başqasının yerinə imtahana girməyə cəhd etdini aşkarlayıb

Cəmiyyət Materials 18 Mart 2013 12:10 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 17-də respublikanın peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirdyi qəbul imtahanına buraxılış zamanı 4 nəfərin başqasının yerinə imtahana girməyə cəhd etdiyi aşkarlanıb.
TQDK buraxılış imtahanında 4 nəfərin başqasının yerinə imtahana girməyə cəhd etdini aşkarlayıb

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 17-də respublikanın peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirdyi qəbul imtahanına buraxılış zamanı 4 nəfərin başqasının yerinə imtahana girməyə cəhd etdiyi aşkarlanıb.

Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, hazırda TQDK-da baş verən bu qayda pozuntusuna görə müvafiq araşdırma aparılır.

İmtahandan 28 şagird xaric edilib və onların nəticələri ləğv olunub. Həmin şəxslər müxtəlif qayda pozuntularına yol verdiklərinə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürmə hallarına görə imtahandan xaric ediliblər.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin martın 19-dək elan olunması nəzərdə tutulur.

Buraxılış imtahanı ölkənin bütün peşə liseylərinin (cəmi 45) sonuncu sinfində təhsil alan şargirdlər üçün keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti