...

Uçqun nəticəsində bağlı qalan yolda hərəkət qismən bərpa edilib (VİDEO)

Cəmiyyət Materials 25 Mart 2013 14:09 (UTC +04:00)
Lerik rayon 43-saylı Yol İstismar İdarəsinin rəisi Elxan Əliyevin verdiyi məlumata görə, miqyasına görə ən böyük torpaq uçqunu baş verdiyi ərazidə hazırda işlər davam etdirilir. 43-saylı Yol İstismar İdarəsinin ağır texnikaları və canlı qüvvələrinin səyi nəticəsində yolda hərəkət qismən bərpa olunub.
Uçqun nəticəsində bağlı qalan yolda hərəkət qismən bərpa edilib (VİDEO)

Azərbaycan, Bakı, 25 mart /Trend/

Lənkəran-Lerik yolunda torpaq uçqunun nəticələri aradan qaldırılır.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, Lənkəran-Lerik yolunun 17-ci km-də baş verən uçqunun nəticələri qismən aradan qaldırılıb.

Lerik rayon 43-saylı Yol İstismar İdarəsinin rəisi Elxan Əliyevin verdiyi məlumata görə, miqyasına görə ən böyük torpaq uçqunu baş verdiyi ərazidə hazırda işlər davam etdirilir. 43-saylı Yol İstismar İdarəsinin ağır texnikaları və canlı qüvvələrinin səyi nəticəsində yolda hərəkət qismən bərpa olunub. Lakin buna baxmayaraq torpaq uçqunu nəticəsində bağlı qalan yolu tam olaraq qaya parçalarından və torpaqdan təmizləmək mümkün olmayıb. Buna səbəb kimi uçqunun miqyasının geniş olduğu göstərilir.

Artıq baş verən hadisənin geniş olması, böyük işçi qüvvəsi və texnika tələb olunması barədə müvafiq qurumlar xəbərdar edilib. Yolda hərəkəti tam olaraq bərpa etmək və əvəllki qaydasında gediş-gəlişi təmin etmək üçün iki həftədən artıq vaxt tələb olunur. Lakin yol təmizləndikdən sonra da yenidən uçqunun baş vermə ehtimalı istisna olunmur.

Qeyd edək ki, martın 21-i gecə saat 04 radələrində Lənkəran-Lerik yolunun 17-ci km-də baş verən torpaq uçqunu nəticəsində magistral yol bir müddət bağlı qalıb. Nəticədə Lənkərandan Lerikə və əks istiqamətdə avtomobillərin hərəkəti tamamilə dayanıb.

Xatırladaq ki, Lənkəran-Lerik yolunun 17-ci kilometrliyində bundan öncə də bir neçə dəfə uçqunlar baş verib. Lakin, mütəxəssislərin fikrincə, bu digərlərinə nisbətən miqyasına görə ən böyük torpaq uçqunu sayılır.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti