...

Azərbaycan əhalisinin hər milyon nəfərinə orta hesabla 350-400 xroniki böyrək xəstəsi düşür

Cəmiyyət Materials 27 Mart 2013 13:38 (UTC +04:00)
Orta statistik rəqəmlərə görə, dünya əhalisinin hər bir milyon nəfərinə 650-900, Azərbaycanda isə 350-400 xroniki böyrək xəstəsi düşür.
Azərbaycan əhalisinin hər milyon nəfərinə orta hesabla 350-400 xroniki böyrək xəstəsi düşür

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İsabalayeva/

Orta statistik rəqəmlərə görə, dünya əhalisinin hər bir milyon nəfərinə 650-900, Azərbaycanda isə 350-400 xroniki böyrək xəstəsi düşür.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Azərbaycanda 2006-cı ildə Nazirlər Kabineti tərəfindən xroniki böyrək xəstəliyinə dair qəbul olunmuş Dövlət Proqramı bu xəstələrlə bağlı problemin həlli üçün geniş imkanlar yaradıb.

Son illərdə regionlarda açılan yeni dializ şöbələri şəhər və rayon əhalisinin dövlət hesabına dializ müalicəsi almasına imkan yaradıb. Əgər 2006-cı ildə ölkədə 601 xəstə proqram hemodializlə təmin olunmuşdusa, bu gün 2150 xəstə Bakıda və regionlarda hemodializ müalicəsi qəbul edirlər. Ölkə üzrə 27 mərkəzdə 380 dializ aparatı xəstələrə xidmət göstərir.

Son aylarda Azərbaycanda yeni 4 hemodializ mərkəzi - Gəncə, Salyan, Kürdəmir, İmişli rayonlarında istifadəyə verilib. İlin sonuna qədər Xaçmaz, Sumqayıt və Yevlaxda dializ mərkəzlərinin açılışı gözlənilir.

Ölkədə böyrək transplantasiyası yenidən bərpa olunub və dövlət hesabına həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti