Azərbaycan, Bakı, 28 mart /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/
İranın Lurestan vilayətində dünyanın ən böyük beton bəndinin tikintisinə başlanılıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "İRİB" agentliyi xəbər yayıb.
Məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad səhər saatlarında Lurestan vilayətinə gələrək tikintinin başlanması mərasimində iştirak edib.
"Bakhtiari Dam"adını alan bənd dünyada betondan tikilən ən böyük bəndi olacaq və Hərəmabad şəhərindən 80 km cənub-şərqdə Zaqros dağlarında yerləşəcək.
Bəndin hündürlüyünün 325 metr, uzunluğunun isə 509 metr olacağı planlaşdırılır.
İlkin planlara görə, 6 turbindən ibarət olacaq bəndin 250 meqavat gücü olacaq.