...

Azərbaycanın regionlardakı turizm obyektlərində monitorinq aparılacaq

Cəmiyyət Materials 3 Aprel 2013 12:55 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yay turizm mövsümünə hazırlıq məqsədilə ölkənin bütün regionlarındakı turizm obyektlərində monitorinq aparacaq.
Azərbaycanın regionlardakı turizm obyektlərində monitorinq aparılacaq

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yay turizm mövsümünə hazırlıq məqsədilə ölkənin bütün regionlarındakı turizm obyektlərində monitorinq aparacaq. Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, monitorinq zamanı turizm obyektlərinin mövsümə hazırlıq səviyyəsi araşdırılacaq.

İsmiyev qeyd edib ki, regionlarda turizm xidmətlərinin səviyyəsi elə də yüksək deyil. Buna görə də mayda Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bölkələrdə bu sahə üzrə çalışan şəxslər üçün treninq-kurslar təşkil olunacaq.

Turizm xidmətlərinin qiymətinin yüksək olması məsələsinə də toxunan İsmiyev əlavə edib ki, Azərbaycanın turizm xidmətlərinin qiymətlərinin turizm sahəsi olduqca yaxşı inkişaf etmiş Türkiyə kimi dövlətlərlərin turizm xidmətlərinin qiymətləri ilə müqayisə edilməsi düzgün deyil. Çünki Azərbaycanda 514 mehmanxana və mehmanxana tipli obyekt olduğu halda Türkiyədə bunların sayı dəfələrlə coxdur.

Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanda hotellərin sayı artdıqca turizm xidmətlərinin də qiymətləri enəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti