...

MDBMİ məzunlarının I Ümumdünya forumu 400-dən çox insanı Bakıda bir araya gətirəcək

Cəmiyyət Materials 4 Aprel 2013 17:40 (UTC +04:00)
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunlarının "Birlikdə gələcəyə" I Ümumdünya forumu aprelin 11-13-də Bakıda keçiriləcək.
MDBMİ məzunlarının I Ümumdünya forumu 400-dən çox insanı Bakıda bir araya gətirəcək

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunlarının "Birlikdə gələcəyə" I Ümumdünya forumu aprelin 11-13-də Bakıda keçiriləcək.

Azərbaycanın MDBMİ Məzunları Assosiasiyasının təşəbbüsü bütün dünyadakı MDBMİ-çilər arasında əsl maraq doğurub. Trend-in məlumatına görə, bu barədə cümıə axşamı MDBMİ-nin rektoru Anatoli Torkunov İTAR-TASS-da keçirilən mətbuat konfransında deyib.

Forum MDBMİ-də təhsil almış dövlət xidməti və biznes nümayəndələrini bir araya toplamağa, məzunların beynəlxalq cəmiyyətinin daxilində qarşılıqlı fəaliyyət qurmağa hesablanıb.

"Əsas ideya müxtəlif ölkə və nəsilləri təmsil edən məzunlar bizim hamımızın təhsil aldığı ali təhsil ocağını, Moskvanı xatırlamaq və gənclik dövrü barədə söhbət etməkdir və əlbəttə ki, hazırda işlərin necə getdiyi barədə və gələcəyə yol üzrə necə gedəcəyimiz haqqında danışmaqdır", - Torkunov deyib.

Rektorun sözlərinə görə, gündəlikdə xeyli sayda məsələ var.

"Qeyri-rəsmi görüşlərdən başqa, bir neçə mövzunu müzakirə etmək planlaşdırılır. Bunlar istiqamətlərin dəyərlərinin əsası qismində təhsil, sabit inkişaf yolunda qlobal iqtisadiyyatda enerji və ekoloji ölçü, həmçinin vətəndaş cəmiyyətlərinin, xüsusilə, media cəmiyyətinin və beynəlxalq məsələlərin inkişafında biznesin rolu ilə bağlı məsələlərdir", - rektor qeyd edib.

İndiyədək forumda iştirak etmək istəyini 25 ölkənin nümayəndəsi bildirib. Onlar arasında Rusiya, Çin, Kuba, Cənubi Koreya, İsrail, Ukrayna, Slovakiya, Macarıstan, Çexiya, Moldova, Qırğızıstan, Polşa və Qazaxıstan var. Ümumilikdə tədbir 400-dən çox insanı ətrafına toplayacaq.

Çıxış edəcək şəxslər arasında İTAR-TASS-ın baş direktoru Sergey Mixaylov, İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski, MDB məsələləri üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçev var.

Forumun ənənəvi olacağı və MDBMİ məzunlarının yaşadıqları ölkələrdə növbəli şəkildə keçiriləcəyi gözlənilir.

"Məqsəd gələcəkdə belə forumları mütəmadi keçirməkdir", - Torkunov deyib.

O, əlavə edib ki, xüsusilə, Moskvada belə forumu MDBMİ-nin 70 illiyinə həsr etmək ideyası irəli sürülüb. Yubiley 2014-cü ildə qeyd ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti