...

“Heydər Əliyev - Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi” mövzusunda nəzəri-praktik konfrans keçirilib

Cəmiyyət Materials 17 Aprel 2013 11:24 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə "Heydər Əliyev- Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi" mövzusunda nəzəri-praktik konfrans keçirilib.
“Heydər Əliyev - Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi” mövzusunda nəzəri-praktik konfrans keçirilib

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə "Heydər Əliyev - Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi" mövzusunda nəzəri-praktik konfrans keçirilib.

Trend xəbər verir ki, tədbirdə çıxış edən komissiya sədri Bəhram Xəlilov deyib ki, Azərbaycanın dövlət qulluğu sisteminin banisi Heydər Əliyevdir.

"Məhz onun AKP MK-nın I katibi olduğu dövrlərdə Azərbaycan dili dövlət orqanlarında işlək dilə çevrildi. Azərbaycan gənclərinin xaricə oxumağa göndərilməsi, milli kadrların dövlətin idarə edilməsində irəli çəkilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan Konstitusiyasının hazırlanması da Heydər Əliyevin müstəsna xidmətidir. Bununla da müasir dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazasının özülü qoyulub", - Xəlilov bildirib.

Komissiyanın sədri qeyd edib ki, "Dövlət qulluğu haqqında" qanun da daxil olmaqla, dövlət qulluğuna dair qanunvericilik aktları Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qəbul olunub, "dövlət qulluğu" anlayışı gündəmə gəlib.

Tədbirdə daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatının (AKTAM) sədri Natiq Əhmədov və digərləri çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti