...

ADA Britaniyanın Ridinq Universiteti ilə əməkdaşlıq edəcək

Cəmiyyət Materials 23 Aprel 2013 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycan Diplomatik Akademiyası (ADA) Böyük Britaniyanın aparıcı ali təhsil ocaqlarından biri olan Ridinq Universiteti ilə anlaşma memorandumu imzalayaraq yeni əməkdaşlığın təməlini qoyub.

ADA-nın Kommunikasiya Departamentindən Trend-ə verilən məlumata görə, sənəd Ridinq Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru Stiven Mitenin başçılıq etdiyi nümayəndə heyətinin ADA-ya ziyarəti zamanı akademiyanın prorektoru Fariz İsmayılzadə ilə birgə imzalanıb.

Tərəflər birgə akademik, tədqiqat və mədəni proqramlar üzərində çalışacaqları barədə razılığa gəliblər. Bu səylər, xüsusilə, ADA-da bakalavr pilləsində təhsil alan 3-cü kurs tələbələrinin Ridinq Universitetinə təhsil mübadiləsi proqramına göndərilməsi, akademiyanın ingilis dili tədrisi ilə məşğul olan müəllimlərinin Ridinq Universitetində təkmilləşdirmə təlimlərində iştirak etməsi ətrafında cəmləşdiriləcək.

Qeyd edək ki, 1892-ci ildə təsis edilən Ridinq Universiteti elmi tədqiqat proqramları ilə tanınır və dünya universitetlərinin reytinqini müəyyənləşdirən nüfuzlu "Times Higher Education" sorğusu tərəfindən ali təhsil müəssisələri arasında ən irəlidə olan ilk 1%-lik ali məktəblər sırasına aid edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti