...

Azərbaycanda nərəartırma zavodları üçün kifayət qədər törədici balıq toplamaq problemi yaranıb

Cəmiyyət Materials 24 Aprel 2013 11:52 (UTC +04:00)
Azərbaycanda brokanyerlərlə mübarizə üçün işlər davam etdirilir. Amma buna baxmayaraq, bu proseslərin tamamilə qarşısını almaq hələ də mümkün olmayıb və nəticədə törədici balıqların sayında azalma müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın ekeologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev jurnalistlərə bildirib.
Azərbaycanda nərəartırma zavodları üçün kifayət qədər törədici balıq toplamaq problemi yaranıb

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda brokanyerlərlə mübarizə üçün işlər davam etdirilir. Amma buna baxmayaraq, bu proseslərin tamamilə qarşısını almaq hələ də mümkün olmayıb və nəticədə törədici balıqların sayında azalma müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev jurnalistlərə bildirib.

Hacıyev deyib ki, bu səbəbdən nərəartırma zavodları üçün kifayət qədər törədici balıq toplamaq mümkün deyil.

Nazir müavini qeyd edib ki, bütün Xəzəryanı ölkələr balıq ehtiyatlarını qorumaq üçün mühafizə ilə məşğuldur.

O, həmçinin bildirib ki, nərə balıqların azalmasının daha bir səbəbi antropogen amillərlə bağlıdır.

"Xəzər dənizinə Qara dənizdən mioksis adlanan meduza düşüb. Bu faktor da kilkə balıqların azalmasına səbəb olub. Kilkə balıqları da nərəkimilərə yem kimi istifadə olunur. Bundan başqa subyektiv faktor da var. Nərə cinsli balıq keçid balıqlardır. Onlar dənizdə yaşayır və kürü tökmək üçün çaya çıxmalıdır. Çayın keçid hissənin tutulması nərəkimilərin kürüləmə yerinə keçməsinə çətinlik törədir", - Hacıyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti