...

Biri polis olmaqla, iki nəfəri öldürməkdə təqsirli bilinən Sabirabad sakininə ömürlük cəza verildi

Cəmiyyət Materials 29 Aprel 2013 16:29 (UTC +04:00)
Lənkəran Ağır Cinayətlər Məhkəməsində biri polis əməkdaşı olmaqla, iki nəfəri öldürməkdə təqsirli bilinən Sabirabad rayon sakini Gülhüseyn Abıyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Biri polis olmaqla, iki nəfəri öldürməkdə təqsirli bilinən Sabirabad sakininə ömürlük cəza verildi

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir A.Məmmədov/

Lənkəran Ağır Cinayətlər Məhkəməsində biri polis əməkdaşı olmaqla, iki nəfəri öldürməkdə təqsirli bilinən Sabirabad rayon sakini Gülhüseyn Abıyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Gülhüseyn Abıyev ömürlük azadlıqdan məhrum edilib.

İttihama görə, 2012-ci il avqustun 31-də, saat 03:00 radələrində Sabirabad rayonunun Xankeçən kəndi ərazisində kənd sakinləri Gülhüseyn Abıyevlə Azad Zeynalov arasında münaqişə baş verib.

Qaragünə kənd polis bölməsinin sahə rəisi, polis baş leytenantı Eldəniz Quliyev baş verə biləcək ağır cinayətin qarşısını almaq və vətəndaşların həyatını xilas etmək məqsədilə təcili olaraq hadisə yerinə gəlib. Polis zabiti münaqişə tərəflərindən intizama riayət etmələrini və qanunsuz hərəkətlərinə son qoymalarını tələb edib. Polisin qanuni tələbinə məhəl qoymayan Gülhüseyn Abıyev ov tüfəngindən atəş açaraq onu və Azad Zeynalovu qətlə yetirib. Daha sonra Abıyev hadisə yerindən qaçsa da, Sabirabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.

Gülhüseyn Abıyev Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti