...

Azərbaycanda qanunsuz abort edənlərə qarşı cəzalar sərtləşdirilib

Cəmiyyət Materials 30 Aprel 2013 14:32 (UTC +04:00)
Azərbaycanda qanunsuz abort, şəxsi həyat toxunulmazlığı pozma, mənzil toxunulmazlığını pozma, insan alverində zərər çəkmiş şəxs haqqında konfidensionallığı, gizli məlumatları yazmağa görə cəzalar sərtləşdirilib.
Azərbaycanda qanunsuz abort edənlərə qarşı cəzalar sərtləşdirilib

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda qanunsuz abort, şəxsi həyat toxunulmazlığını, mənzil toxunulmazlığını, insan alverində zərər çəkmiş şəxs haqqında konfidensiallığı pozmağa, gizli məlumatları yaymağa görə cəzalar sərtləşdirilib.

Trend-in məlumtaına göprə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, xüsusi ali tibbi təsili olmayan şəxs abort edərsə, o, 360 saatdan 400 saatadək ictimai işlərə və ya 1 ilədək islah işlərinə cəlb olunacaq.

Şəxsi həyat toxunulmazlığını, mənzil toxunulmazlığını, insan alverində zərər çəkmiş şəxs haqqında konfidensiallığı pozmağa, gizli məlumatları yaymağa görə isə 240 saatdan 480 saatadək ictimai işlərə və ya 1 ilədək islah işlərinə cəlb olunur.

Dəyişikliyə əsasən, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi yaxud lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, dövlətin yaxud cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda, 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Mövcud maddədə ictimai işlər olaraq 230 saat nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti