...

Azərbaycanda dövlət akkreditasiyasından keçmiş bütün elmi qurumlar strateji əhəmiyyətli işlərin aparılmasında iştirak edə biləcəklər

Cəmiyyət Materials 30 Aprel 2013 16:44 (UTC +04:00)
Azərbaycanda dövlət akkreditasiyasından keçmiş bütün elmi fəaliyyət subyektləri və onların müvafiq qurumları strateji cəhətdən vacib olan dövlət əhəmiyyətli işlərin aparılmasında iştirak edə biləcəklər.
Azərbaycanda dövlət akkreditasiyasından keçmiş bütün elmi qurumlar strateji əhəmiyyətli işlərin aparılmasında iştirak edə biləcəklər

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda dövlət akkreditasiyasından keçmiş bütün elmi fəaliyyət subyektləri və onların müvafiq qurumları strateji cəhətdən vacib olan dövlət əhəmiyyətli işlərin aparılmasında iştirak edə biləcəklər. Milli Məclisdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan "Elm haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, dövlət büdcəsi hesabına elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi 3 formada həyata keçiriləcək. Bunlar baza, proqram məqsədli və qrant maliyyələşdirilməsidir. Baza maliyyələləşdirmə dövlət elmi müəssisə və təşkilatlara, akkreditasiya olunmuş ali təhsil müəssisələrinə, onların elmi tədqiqat institutlarına və laboratoriyalarına ayrılır.

Proqram məqsədli maliyyələşdirmə isə strateji cəhətdən vacib olan dövlət əhəmiyyətli elmi işlərin aparılmasına yönəlir.

Qrant maliyyələşdirilməsi isə elmi tədqiqatların stimullaşdırılması, səmərəliliyin və alimlərin rəqabət qabiliyyətinin artırılması məqsədilə həyata keçirilir.

Qeyd edək ki, yeni layihəyə görə, Azərbaycanda elmi müəssisə və təşkilatlar akkreditasiyadan keçəcəklər və onlara dövlət akkreditasiyası haqqında şəhadətnamə - sertifikat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti