Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/
Baş prokuror Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən cari il mayın 17-də saat 11:00-da Lənkəran rayon Prokurorluğunun inzibati binasında Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Lənkəran rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.