...

"Heydər Əliyev və Azərbaycanın beynəlxalq gənclər siyasəti" mövzusunda konfrans keçiriləcək

Cəmiyyət Materials 2 May 2013 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İsabalayeva/

Mayın 4-5-də Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasəti" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

İcra Hakimiyyətindən cümə axşamı Trend-ə verilən məlumata görə, konfransda Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko, dövlət rəsmiləri iştirak edəcəklər.

Konfrans iştirakçıları öncə Fəxri xiyabanda ulu öndər, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcəklər. İki gün davam edəcək konfransda "Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasətinin formalaşdırılmasında Heydər Əliyevin rolu" müzakirə olunacaq.

Konfransın işində iştirak edən xarici qonaqlar Heydər Əliyev Fondunu ziyarət edəcək, Muğam Mərkəzi ilə tanış olacaq, Bakı bulvarında gəzinti zamanı Xəzərdə dəniz səyahətinə çıxacaqlar.

Qonaqlar, həmçinin Bakının tarixi abidəsi olan İçərişəhərdə gəzintidə olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti