...

"Azərbaycan tarixinin araşdırılmasına Heydər Əliyevin verdiyi tövhələr" mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Cəmiyyət Materials 3 May 2013 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/

"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun Əntiq Əşyalar Muzeyində "Azərbaycan tarixinin araşdırılmasına Heydər Əliyevin verdiyi töhfələr" mövzusunda "dəyirmi masa" keçirilib.

"İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsindən cümə günü Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə İdarənin Beynəlxalq əməkdaşlıq və mədəni əlaqələr şöbəsinin müdiri Anar Quliyev açıb.

Tədbirdə AMEA-nın müxbir üzvü, Tarix Universitetinin direktoru Yaqub Mahmudov, tarix elmləri namizədi, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru Fikrət Abdullayev, "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi rəisinin elmi işlər üzrə köməkçisi Vəfa Quliyeva və digərləri məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda "dəyirmi masa" iştirakçıları "Qala" Arxeoloji Etnoqrafik Muzey Kompleksi, Qala Qəsri, Qoruq ərazisindəki abidələr və Qala Əntiq Əşyalar Muzey ekspozisiyası ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti