...

Beynəlxalq "Yaşıl Qraffiti" festivalı baş tutub (FOTO)

Cəmiyyət Materials 13 May 2013 19:55 (UTC +04:00)
IDEA kampaniyasının ətraf mühit və incəsənət arasındakı harmoniyanı qoruyub saxlamaq məqsədilə təşkil etdiyi beynəlxalq “Yaşıl Qraffiti” festivalı 2013-cü il may ayının 12-də baş tutub. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və İngiltərədən olan gənclər iştirak ediblər.
Beynəlxalq "Yaşıl Qraffiti" festivalı baş tutub (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend/

IDEA kampaniyasının ətraf mühit və incəsənət arasındakı harmoniyanı qoruyub saxlamaq məqsədilə təşkil etdiyi beynəlxalq "Yaşıl Qraffiti" festivalı 2013-cü il may ayının 12-də baş tutub. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və İngiltərədən olan gənclər iştirak ediblər.

Festival iştirakçıları Bakı şəhərinin mərkəzi hissələrindən birində quraşdırılmış xüsusi stendlərdə müxtəlif rəsm əsərləri çəkərək ətraf mühit problemləri ilə bağlı öz mesajlarını çatdırıblar.

IDEA kampaniyası tərəfindən festivalın təşkil edilməsində əsas məqsəd qraffiti sənəti vasitəsilə ətraf mühitin qorunmasının vacibliyini xüsusi qeyd etmək və ictimaiyyətin diqqətinə çatdırmaq idi. Festival, həmçinin gənc rəssamların fəaliyyətində yeni bir istiqamət yaratmaq üçün böyük imkanlar açıb.

Qeyd edək ki, "Yaşıl Qraffiti" festivalında iştirak üçün 80-dən çox gənc müraciət etmiş və iştirakçı gənclərin seçimi aprel ayından başlamışdı.

Xatırladaq ki, IDEA kampaniyası 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb. IDEA kampaniyası yarandığı gündən insanları ətraf mühit problemləri barədə məlumatlandırmağa və bu sahədə onların aktiv iştirakına çalışır. Bu məqsədlə kampaniya müxtəlif layihələr həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti