...

Hüseynqulu Bağırov Şirvan şəhərində vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 15 May 2013 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend/

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Şirvan şəhərində vətəndaşların qəbulunu keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 15-də nazir Hüseynqulu Bağırov Şirvan, Salyan, Neftçala, Hacıqabul, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşlarla Şirvan şəhərində yerləşən Mərkəzi Mədəniyyət Evində görüşüb, onların şikayət və təkliflərini dinləyib.

Görüşdə nazirlə birlikdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak ediblər və bölgə rayonlarından olan 50-yə qədər vətəndaşın müraciətinə baxılıb.

Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə dərhal həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib, müraciətlərin bir hissəsi elə yerindəcə öz həllini tapıb.

Qeyd edək ki, belə xarakterli görüşlərin ölkənin digər regionlarında da təşkilinin davamı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti