...

Türkiyə Daxili İşlər Nazirliyi əhalini təmkinli olmağa çağırır

Cəmiyyət Materials 3 İyun 2013 09:41 (UTC +04:00)
Türkiyə Daxili İşlər Nazirliyi əhalini təmkinli olmağa çağırır.
Türkiyə Daxili İşlər Nazirliyi əhalini təmkinli olmağa çağırır

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir R. Hafizoğlu/

Türkiyə Daxili İşlər Nazirliyi (DİN) əhalini təmkinli olmağa çağırır. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat verib.

Məlumata əsasən, Türkiyə DİN vətəndaşları bəzi radikal qrupların təxribatına uymamağa və daha təmkinli davranmağa dəvət edib.

Türkiyədə Taksim Gezi parkı ilə bağlı baş verən hadisələr zamanı təhlükəsizlik qüvvələrinin 115 əməkdaşı yaralanıb, xəsarət alan 58 vətəndaşa da xəstəxanalarda tibbi yardım göstərilir.

Qeyd edək ki, Türkiyənin müxtəlif şəhərlərində baş verən etiraz aksiyaları ilə əlaqədar olaraq 730 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti